
Bakı. Trend:
“MV Hondius” kruiz gəmisində And hantavirusunun yayılması ilə
bağlı vəziyyət sabit olaraq qalır. Niderlandda karantində olan
demək olar ki, bütün sərnişinlər və heyət üzvlərinin evə
qayıtmasına icazə verilib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros
Adhanom Qebreyesus “X” sosial şəbəkəsində yazıb.
“Niderlandda karantində olan xarici vətəndaşlar da daxil
olmaqla, “MV Hondius”un demək olar ki, bütün sərnişinləri və heyət
üzvləri artıq evə qayıda bilərlər”, – deyə o bildirib.
Qebreyesus qeyd edib ki, təsdiqlənmiş yoluxma hallarının sayı
dəyişməz olaraq 13-də qalıb, son üç həftə ərzində yeni yoluxma
halları qeydə alınmayıb.

