Müharibə veteranlarının bəzi rüsumlardan azad edilməsi təklif olunur

Baş səhifə

Bakı. Trend:

Daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı zamanı
dövlət rüsumunun ödənilməsindən azad olunanların kateqoriyasına
təltifi olan müharibə veteranlarının da daxil edilməsi məsələsinə
baxılması məqsədəuyğun olar.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin
bugünkü plenar iclasında deyib.




Millət vəkili bildirib ki, bu addım vətənpərvərlik, dövlətçilik
və milli-mənəvi dəyərlərin qorunması prinsiplərinə, habelə
gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini nəzərdə tutan normativ
hüquqi aktların məqsədlərinə uyğundur.

Xəbər yenilənəcək