
Bakı.Trend:
Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev Hərbi
Prokurorluq tərəfindən saxlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Hərbi Prokurorluqdan
məlumat verilib.
Bildirilir ki, istinadən xəbər verir ki, mayor Haqverdiyev
korrupsiyada ittiham olunur.
“Onun barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət
Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi
başlanılıb. Hazırda təqdimata məhkəmədə baxılır”, – məlumatda qeyd
olunub.

