PSJ-nin müdafiəçisi zədələndi

Baş səhifə

Bakı. Trend:

PSJ Xviça Kvaratsxeliya və Dezire Duedən sonra daha bir aparıcı
oyunçusunun xidmətindən məhrum olub.

Klubun mətbuat xidmətinin məlumatına görə, müdafiəçi Nunu Mendeş
sıradan çıxıb.




Portuqaliyalı futbolçunun sol bud əzələsində dartılma
aşkarlanıb. 24 yaşlı sol cinah müdafiəçisinin yaşıl meydanlara
qayıdacağı tarix məlum deyil.

Qeyd edək ki, PSJ Nunu Mendeşi 2021-ci ilin yayında “Sportinq”dən transfer edib. Portuqaliya millisinin üzvü cari
mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi
matçda məhsuldar göstərici ilə yadda qalmayıb.