Bakı. Trend:
Marsel klubunun hücumçusu Meyson Qrinvud karyerasını Yaxın
Şərqdə davam etdirə bilər.
Trend xəbər verir
ki, ingiltərəli futbolçunun transferi ilə Səudiyyə Ərəbistanı
klubları maraqlanır.
Qrinvudun “Marsel”lə müqaviləsinin müddəti 2029-cu ilin
ortalarına qədər nəzərdə tutulub. Futbolçunun bazar dəyəri təxminən
50 milyon avro qiymətləndirilir.
24 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 36 oyunda
iştirak edib, 24 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda
qalıb.

