Metronun “Xalqlar dostluğu” stansiyasında qatarda texniki nasazlıq yaranıb

Baş səhifə

Bakı.Trend:

“Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki
nasazlıq yaranıb”.

Trend xəbər
verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.




Bildirilib ki, bu səbəbdən iki qatar arasında intervaldan əlavə
7 dəqiqəlik yubanma qeydə alınıb. Qatar operativ şəkildə
“Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar
buraxılıb:

“Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası
məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval
bərpa olunub”,-əlavə olunub.