
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC
tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb.
Bu gündən etibarən metronun “28 May” və “Nizami” stansiyaları
arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə isə
AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres avtobus marşrutu artıq
dünəndən fəaliyyətə başlayıb.
Yeni ekspres marşrutlar metro stansiyaları arasında alternativ
nəqliyyat əlaqəsi yaratmaq və sərnişin sıxlığını azaltmaq məqsədi
daşıyır.

