Almaniya Kansleri Fridrix Merts “Avropa Siyasi Birliyi”nin mayın 4-də İrəvanda keçiriləcək sammitinə qatılmayacaq.
“Report” xəbər verir ki, bu barədə TASS DPA-ya istinadən məlumat yayıb.
“Fridrix Merts digər öhdəlikləri ilə əlaqədar (Ermənistana – red.) səfər edə bilmir”, – Almaniya hökumətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, F.Merts “Avropa Siyasi Birliyi”nin əvvəlki iki sammitində artıq iştirak edib və bir çox iştirakçılarla aktiv təmasdadır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

