MDB+ başqa ölkələr və təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar açacaq – Putin

Baş səhifə

Düşənbə. Trend:

Rusiya prezidenti Vladimir Putin Birliyin beynəlxalq
əməkdaşlığının genişləndirilməsinə hədəflənmiş təşəbbüsləri
dəstəklədiyini bəyan edib.

Trend xəbər
verir ki, o, bu barədə Düşənbədə MDB Dövlət Başçıları Şurasının
məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.

“Və bir çox iştirakçı kimi, biz də MDB ilə Şanxay Əməkdaşlıq
Təşkilatı arasında əlaqələrin dərinləşdirilməsini dəstəkləyirik.
Bunun üçün MDB-yə müşahidəçi statusunun verilməsi haqqında
hazırlanmış qərar layihəsi hazırlanıb”, – deyə rusiyalı dövlət
başçısı bildirib.




Putinin sözlərinə görə, belə bir qərar MDB və ŞƏT-in qarşılıqlı
fəaliyyət potensialını tam şəkildə istifadə etməyə imkan verəcək və
Avrasiya ölkələrinin təhlükəsizliyinin möhkəmləndirilməsi və
davamlı inkişafının təmin olunmasına xidmət edəcək.

“Əslində, iki təşkilatın qarşılıqlı fəaliyyət potensialını tam
şəkildə istifadə etmək, ölkələrimizin və bütün Avrasiya regionunun
təhlükəsiz və davamlı inkişafını təmin etmək baxımından faydalı
olardı”, – prezident vurğulayıb.

Vladimir Putin həmçinin, “MDB+” adlı yeni əməkdaşlıq formatının
yaradılmasına dair qərara dəstəyini ifadə edib. O qeyd edib ki, bu
təşəbbüs Birliyin inkişafına yeni təkan verəcək və onun
tərəfdaşlarının dairəsini genişləndirməyə imkan yaradacaq.