Bakı.Trend:
“Bu kitabı yazmağa başlayanda İkinci Qarabağ müharibəsi dönəmi
idi və həmin vaxt COVID pandemiyası səbəbindən evdən
çalışırdım”.
Trend xəbər
verir ki, bu fikirləri “Mənim Qarabağa səfərim” adlı kitabının
təqdimatında çıxışı zamanı müəllif Nik Nvolisa deyib.
O bildirib ki, bu kitabı hər hansı xarici vətəndaş yazmayıb.
“Kitab Nigeriyadan olan miqrantın Azərbaycanda gördüklərinin
təsviridir. Düşünürəm ki, bu vaxtadək belə kitab çap
olunmayıb”.
Müəllif əlavə edib ki, kitab bütün dünyaya və öz övladlarına
həsr olunub.

