
Bakı. Trend:
Fransanın Luvr muzeyində baş verən soyğun hadisəsindən sonra
muzeyin müdiri Lorens de Kars Fransız Senatında ifadə verib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, müdir muzeydəki təhlükəsizlik
boşluğunu açıq şəkildə qəbul edib.
O bildirib ki, oğurluq baş verən balkonu izləyən kamera
ümumiyyətlə olmayıb.
Lorens de Kars əlavə edib ki, Apollon Qalereyası tərəfində
qurulan tək kamera qərbə doğru yönəldilib, bu səbəbdən də soyğunla
bağlı görüntülər çəkilməyib.

