Liviyada mühüm benzin çəninə yeni hücum

Baş səhifə

Bakı. Trend:

Son günlər Liviyada oxşar hücumlar baş verib. Şənbə günü Zaviya
şəhərində dizel yanacağı çəninə, bazar günü isə su duzsuzlaşdırma
zavoduna hücum edilib.

“Bazar ertəsi axşamı benzin saxlanması üçün Brega Oil Marketing
şirkətinə məxsus 402-T çəninə birbaşa zərbə endirilib. Nəticədə
güclü yanğın baş verib və çən tamamilə çöküb. Çəndə təxminən 4,5
milyon litr benzin olub. Bu isə obyekt, yaxınlıqdakı neft
infrastrukturu və ətraf ərazilər üçün potensial təhlükə baxımından
hadisəni son dərəcə ciddi edir”, – deyə Milli Neft Korporasiyası
(NOC) bazar ertəsi “Facebook”da yaydığı bəyanatda bildirib.

Çən Liviyanın ikinci ən böyük neft emalı zavodunun ərazisində,
Zaviyada yerləşir. Zaviyadakı zavodun emal gücü gündə 120 min
bareldir.

NOC son günlərdə oxşar hücumların baş verdiyini bildirib. Şənbə
günü Tripolidən 45 kilometr qərbdə yerləşən Zaviyada dizel yanacağı
çəninə, bazar günü isə suyun duzsuzlaşdırılması zavoduna hücum
edilib.

“Yanğınsöndürmə və mülki müdafiə qrupları dərhal müdaxilə edərək
(…) yanğının yayılmasının qarşısını almaq üçün bitişik çənləri də
soyutmağa başlayıblar”, – deyə Brega Oil bazar ertəsi axşam yaydığı
bəyanatda bildirib. Şirkət artıq “dəymiş zərərin
qiymətləndirilməsinə başladığını” da qeyd edib.




Ölkənin əsas şirkətlərindən biri olan Brega Oil bütün tərəfləri
“istənilən düşmənçiliyə son qoymağa və neft obyektləri və saxlama
anbarlarından uzaq durmağa” təcili çağırışını təkrarlayıb.

Hazırda hücum və ya yanğın nəticəsində ölən və yaralananların
olub-olmadığı məlum deyil. NOC “fövqəladə vəziyyət” elan edib və
araşdırma aparılmasını tələb edib.

Afrikanın ən böyük neft ehtiyatlarına malik olan Liviyada
2011-ci ildə Müəmmər Qəddafinin devrilməsi və öldürülməsindən sonra
xaos hökm sürür. Hazırda ölkədə hakimiyyət uğrunda iki hökumət
mübarizə aparır: onlardan birinə Əbdülhəmid Dbeibah rəhbərlik edir,
digəri isə ölkənin şərqində yerləşir və güclü marşal Xəlifə Haftar
və onun klanı tərəfindən nəzarətdə saxlanılır.

Dbeibah bazar ertəsi axşam yayılan bəyanata görə, gün ərzində
daxili işlər naziri və paytaxtdakı bəzi silahlı qrupların
rəhbərləri də daxil olmaqla əsas vəzifəli şəxslərlə “təhlükəsizlik
sahəsində son hadisələri müzakirə etmək” üçün görüş keçirib. O,
“təhlükəsizliyə, infrastruktura və həyati əhəmiyyətli obyektlərə
xələl gətirən istənilən hərəkətin qətiyyətlə qarşısının
alınmasının” vacibliyini vurğulayıb.

Liviyanın qərbində, Zaviya şəhərində yerləşən böyük benzin çəni
naməlum şəxslərin hücumundan sonra bazar ertəsi yanıb və çöküb. Bu
barədə Milli Neft Korporasiyası (NOC) məlumat yayıb.