Kriptoinvestorlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən
hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait
oğurlanıb.

Bu barədə “Chainalysis” analitik şirkəti yazır.

Məqalədə qeyd olunur ki, kriptovalyuta istifadəçilərinə qarşı
fiziki hücumların sayının artması onların şəxsi məlumatlarının
komprometasiya olunması ilə əlaqəli ola bilər. Üstəlik, ilin
sonunadək oğurlanan vəsaitin həcmi 2025-ci ildə qeydə alınmış
rekordu da üstələyə bilər.




“Chainalysis” analitik şirkətinin hesabatına əsasən, 2026-cı
ilin əvvəlindən bəri kriptovalyuta oğurlamaq məqsədilə həyata
keçirilən fiziki hücumların qurbanları 30 milyon ABŞ dollarından
çox vəsait itiriblər. Mütəxəssislərin fikrincə, mövcud tendensiya
davam edərsə, cari il bu cür insidentlərin sayına görə tarixdə ən
pis il ola bilər. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu
göstərici rekord həddə olub – 58 milyon dollar.

Qeyd edək ki, “Chainalysis” dövlət qurumları və hüquq-mühafizə
orqanlarını blokçeyn əməliyyatlarının izlənməsi üçün alətlərlə
təmin edən analitik şirkətdir. Şirkət eyni zamanda kriptobirjalara
cinayətkarların istifadə etdiyi kriptocüzdanların müəyyən
edilməsində köməklik göstərir.