Koul Palmer “Çelsi”nin və İngiltərə Premyer Liqasının tarixinə düşüb

Baş səhifə
Koul Palmer Çelsinin və İngiltərə Premyer Liqasının tarixinə düşüb

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasının XXV turunda “Vulverhempton”a qarşı keçirdikləri oyunda (3:1) iki tarixi rekorda imza atıb.

“Report” “Opta”ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçu qarşılaşmanın ilk hissəsində het-trik edib.

O, qollardan birini oyundan, ikisini isə penaltidən vurub.

Bununla da K.Palmer İngiltərə Premyer Liqası tarixində ilk hissədə üç dəfə het-trik edən ilk oyunçu kimi tarixə düşüb.

Bundan əlavə, gənc futbolçu “Çelsi”nin heyətində het-trik sayına görə klub rekordunu təzələyib. O, “zadəganlar”ın forması ilə Premyer Liqada dördüncü dəfə bir matçda üç qol vurmağa nail olub.