Kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov
küçəsi, 55 ünvanında yerləşən yaşayış binasının zirzəmisində
fəaliyyət göstərən kosmetoloji vasitələrin satışı anbarında
keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı
nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya
sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa
təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu
quraşdırılmayıb;

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən
elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və
naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti
ölçülməyib;

– obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

– köçürmə yolları müxtəlif materiallarla tutulub və yanğın
zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib
olunmayıb;




– binanın zirzəmisində aparılan tikinti işləri Dövlət Yanğın
Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

– obyektdə tikinti norma və qaydalarının tələblərinə zidd olaraq
yaşayış binasının zirzəmi sahəsində yanğın təhlükəli malların
satışı məqsədilə anbar yerləşdirilib;

– obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

– obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə
razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 55
ünvanında yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət
göstərən kosmetoloji vasitələrin satışı anbarındakı yanğın
təhlükəli mallar daşınıb kənarlaşdırılmaqla binanın təhlükəsizliyi
təmin edilib və yol verilmiş nöqsanlara görə obyektin fəaliyyətinin
dayandırılması barədə Qərar qəbul olunaraq bir nüsxəsi obyektin
nümayəndəsinə təqdim edilib.