
Bakı.Trend:
Kolumbiyada 6,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Tədqiqat Mərkəzi
məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 134 minlik əhalisi
olan Kartaqo şəhərində 31 km şimal-şərqdə olub. Zəlzələ ocağının
dərinliyinin isə 115 kilometr olduğu bildirilib.
Zərərəçəkənlər və dağıntılar barədə hələlik məlumat daxil
olmayıb.

