Bakı. Trend:
Keniyanın paytaxtı Nairobi şəhərində güclü yağışlardan sonra baş
verən sel nəticəsində azı 10 nəfər həyatını itirib.
Trend xəbər
verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, ötən gün şəhərdə yağan güclü yağışlar nəticəsində
daşqınları baş verib.
Nairobi Polis Komandanı Corc Seda yerli radioya açıqlamasında
bildirib ki, sel nəticəsində 10 nəfər ölüb.
Onun sözlərinə görə, ölənlərdən 8-i sürətlə yüksələn sel suları
səbəbindən axının apardığı avtomobillərin içində həyatını
itirib.
Seda qeyd edib ki, sel zamanı şəhərin müxtəlif ərazilərində
elektrik cərəyanı vurması nəticəsində daha 2 nəfər ölüb. Güclü su
basması səbəbindən əsas yolların keçilməz hala düşməsi nəticəsində
şəhər üzrə ən azı 71 avtomobil yolda qalıb.
Polis rəsmisi əlavə edib ki, seldən zərər çəkmiş bir çox ərazidə
axtarış-xilasetmə işləri davam etdirilir və ölənlərin sayının arta
biləcəyi istisna olunmur.
Ölkənin böyük hissəsində güclü yağışların davam edəcəyi barədə
xəbərdarlıq edilib.

