Kelloq Ukrayna üzrə nizamlanmada iki əsas məsələnin qaldığını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Rusiya-Ukrayna müharibəsinin sonuna yaxınlaşsa da, danışıqlar
gündəmində hələ iki əsas məsələ açıq qalır – Zaporojye Atom
Elektrik Stansiyasının taleyi və Ukraynanın Donetsk vilayəti
ərazilərinin kimə məxsus olacağı.

Trend xəbər verir ki, bunu
ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq
Kaliforniyada Ronald Reyqan Prezident Fondu tərəfindən təşkil
olunan forumda çıxış edərkən deyib.




O bildirib ki, son mərhələ ən çətin hissədir:
“Son 10 metr hədəfə çatmağın ən ağır mərhələsidir. Düşünürəm ki,
həll olunası iki əsas məsələ qalıb – Donetsk vilayəti və Zaporojye
AES. Bu, böyük bir atom elektrik stansiyasıdır. Əgər bu iki
problemi həll etsək, qalan məsələlər də müsbət nəticə verəcək.”

ABŞ Dövlət katibi Marko Rubio isə daha əvvəl “Fox News”a
müsahibəsində bildirib ki, Ukrayna üzrə danışıqlarda əsas mübahisə
Donetsk vilayəti ərazisinin qalan 20 faizi ətrafında gedir.