
Bakı. Trend:
Kanadada qeydə alınan kütləvi meşə yanğınları səbəbindən 22 minə
yaxın sakin təhlükəli ərazilərdən təxliyə edilib.
Bu barədə Kanada mediası məlumat yayıb.
Məlumata əsasən, ölkənin qərb bölgəsini bürüyən təbii fəlakət
ciddi fəsadlar törədir. Xüsusilə Britaniya Kolumbiyası əyalətində
10 min hektardan çox ərazini əhatə edən yanğınlar səbəbindən
fövqəladə vəziyyət elan olunub.
Hazırda əyalət ərazisində 105 aktiv yanğın ocağı qeydə alınıb.
Təhlükəli zonalarda qalan sakinlərin təxliyəsi işlərinə
helikopterlər də cəlb olunub. Fövqəladə xidmət qurumları
yanğınların söndürülməsi və əhalinin təhlükəsizliyinin təmin
edilməsi istiqamətində tədbirləri davam etdirirlər.

