Bakı. Trend:
İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava
şəraiti fəsadlara səbəb olub.
Trend xəbər verir ki, bəzi
bölgələrdə leysan nəticəsində daşqınlar olub. Genuyada sürüşmə və
daşqın nəticəsində istinad divarı avtomobillərin üzərinə çöküb.
Fegino çayının daşması küçələri, meydanları və yeraltı keçidləri su
basmasına səbəb olub. Piani di Praqliya təpəsində isə 5 nəfərlik
qrup itkin düşüb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Əlverişsiz hava şəraitinə Liquriya və Emiliya-Romanya
regionlarında narıncı, dörd bölgədə isə sarı xəbərdarlıq elan
edilib.

