
Bakı. Trend:
İyunun 8-də Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər
nazirlərinin 10-cu üçtərəfli görüşü keçiriləcək.
Trend xəbər verir ki,
bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Məlumatda qeyd edilib ki, Türkiyənin xarici işlər naziri Hakan
Fidanın ev sahibliyi ilə keçiriləcək görüş İstanbulda baş
tutacaq.
Görüşdən sonra nazirlərin mətbuata açıqlama vermələri nəzərdə
tutulib.

