İşçi hərbi xidmətə çağırıldığı halda ona ödənilən müavinətin miqdarı artırılır

Baş səhifə

Bakı. Trend:

Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında
dəyişiklik ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 4-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.




Mövcud qanunvericiliyə görə, işçi hərbi və ya alternativ xidmətə
çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən
işçiyə orta aylıq əmək haqqının azı 2 misli
miqdarında müavinət ödəyir.

Layihəyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı
halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta
aylıq əmək haqqının azı 3 misli miqdarında
müavinət ödəyəcək.