Bakı. Trend:
İraq 2028-ci ildə təbii qaz üzrə daxili tələbatı tam təmin etmək
səviyyəsinə çatmağı planlaşdırır.
Trend xəbər verir
ki, bu barədə İraq baş naziri Məhəmməd əs-Sudani bəyanat verib.
“Hökumət elektrik enerjisi və qazdan istifadə ilə bağlı
məqsədlərə çatmaq, həmçinin yüksək oktanlı benzinin istehsalında
tam təminatı gerçəkləşdirmək üçün konkret qrafik hazırlayıb”, –
deyə əs-Sudani bildirib.
O vurğulayıb ki, hakimiyyət qaz istehsalında özünütəminat
səviyyəsinə çatmaq istiqamətində işləri davam etdirir.
“2028-ci il hökumət tərəfindən bu məqsədə çatmaq üçün müəyyən
edilmiş müddət kimi təyin olunub”,- İraq Baş Naziri qeyd edib.

