İranın zənginləşdirilmiş uranı “uyğun vaxtda” məhv ediləcək – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ zənginləşdirilmiş İran uranın çıxarılması və utilizasiyası
məsələsini “uyğun vaxtda” həll edəcək.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial
şəbəkəsində yazıb.




O, bunun müqavilənin bağlanmasından nə qədər sonra baş
verəcəyini açıqlamayıb.

“Uyğun vaxtda, hər şey sakitləşəndə, biz ora gedib möhtəşəm “B-2″ bombardmançı təyyarələrimiz və onların parlaq pilotları
sayəsində qüdrətli qranit dağlarının altında basdırılmış nüvə
tozunu əldə edəcəyik və istər İranda, istərsə də ABŞ-da olsun, onu
məhv edəcəyik”, – deyə o bildirib.