İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.




Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini
təşkil etməkdə şübhəli bilinən 40 yaşlı X.Nurməmmədova
saxlanılıb.

“Ondan 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla
bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib”, – deyə məlumatda qeyd
edilib.