III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu
gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Trend xəbər verir ki, Şəkidə
çövkən (Qırğızıstan – Küveyt, Qazaxıstan – Türkiyə), batut
gimnastikası (ilk medalçılar müəyyənləşəcək), Qəbələdə isə
badminton (Rusiya – Özbəkistan qarışıq komandaların final oyunu)
təşkil olunacaq.

Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi
Özbəkistanla saat 18:30-da qarşılaşacaq. Həmçinin, bu şəhərdə
qılıncoynatma və üzgüçülük yarışları baş tutacaq.




Yevlaxda boks, Xankəndində isə oxatma yarışları təşkil
olunacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak
etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.