Güclü leysan yağışları Tbilisi hava limanını iflic edib

Baş səhifə

Bakı. Trend:

İyulun 7-də Gürcüstanın bir sıra bölgələrində yağan güclü leysan
yağışları ciddi fəsadlar törədib.

Paytaxt Tbilisidə, o cümlədən Şota Rustaveli adına Tbilisi
Beynəlxalq Hava Limanında fövqəladə vəziyyət yaranıb.




Hava limanında elektrik enerjisinin verilməsi dayanıb.
Sərnişinlər gözləmə zalından təxliyə ediliblər.

Hazırda hava limanının fəaliyyətinin bərpası istiqamətində
tədbirlər görülür.