“Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb

Baş səhifə

Bakı.Trend:

Oktyabrın 9-dan etibarən “Gemini” sün intellekt çat-botunun
pulsuz versiyasının istifadəçiləri üçün yalnız “Gemini 3.5
Flash-Lite” modeli əlçatan olacaq.

Bu barədə “9to5Google” nəşri məlumat yayıb.




Eyni zaamnda ayda 4,99 dollar ödəyən “Google AI Plus”
abunəçiləri də “Gemini Pro” modelinə çıxış imkanını itirəcəklər.
Lakin, ayda 19,99 dollar ödəyən AI Pro abunəçiləri əvvəllər daha
bahalı tarif planında mövcud olan “Deep Think” (Dərin təhlil)
funksiyasından istifadə edə biləcəklər.

“Google” oktyabr ayında, həmçinin tapşırıqların mürəkkəblik
səviyyəsini müəyyən edən üç rejim — aşağı, orta və yüksək
səviyyələrini tətbiq edəcək. Süni intellektin imkanları və istifadə
limitlərinin sərfiyyatı seçilmiş səviyyədən asılı olacaq.