AFP agentliyi kiberhücuma məruz qalıb

Baş səhifə

Bakı. Trend:

Fransanın “Agence France-Presse” (AFP) xəbər agentliyi
kiberhücuma məruz qalıb.

Bu barədə agentliyin yaydığı məlumatda bildirilib.

“Bu gecə AFP kiberhücuma məruz qalıb. Hücum müştərilərimizin
materialları izlədiyi və yüklədiyi platformalardan biri olan “AFP
Forum”a qarşı yönəlib”, – məlumatda qeyd olunub.




İcazəsiz giriş faktı aşkar edildikdən sonra agentliyin
kibertəhlükəsizlik mütəxəssisləri platformanı təcrid ediblər.
Ehtiyat tədbiri olaraq hadisənin bütün təfərrüatları
aydınlaşdırılanadək resursa giriş dayandırılıb.

AFP-dən bildirilib ki, hazırda kiberhücumun arxasında dayanan
şəxslər barədə hər hansı məlumat yoxdur.