
Füzulidə Türkmənistanın dəstəyi ilə məscidin bünövrəsi qoyulub.
APA xəbər verir ki, onlayn formatda keçirilən təməlqoyma mərasimində TDT dövlət başçıları iştirak edib.
***
13:33
“Bu gün Füzulidə Türkmənistanın dəstəyi ilə məscidin bünövrəsi qoyulacaq”.
APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə bildirib.
Dövlət başçısı TDT-yə üzv ölkələrin Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinə dəstəyini yüksək qiymətləndirib.

