Flik “Barselona”nın məşq bazasını dəyişir

Baş səhifə

Bakı. Trend:

“Barselona”nın məşq bazasında yeni trenajor zalının tikintisi
yekunlaşmaq üzrədir. Layihə komandanın baş məşqçisi Hans Flik və
onun məşqçilər korpusunun təşəbbüsü ilə həyata keçirilir.

Almaniyalı mütəxəssis futbolçuların hazırlığı üçün daha rahat
şərait yaradılması məqsədilə infrastrukturun yenilənməsində israr
edib. Əsas tələblərdən biri trenajor zalının məşq meydançalarının
yaxınlığında yerləşdirilməsi olub.

Əvvəllər futbolçular idman kompleksinin başqa hissəsində
yerləşən zalda məşq etməli olurdular. Yeni zal meydandakı
çalışmaların, güc hazırlığının və bərpa prosedurlarının vahid məşq
prosesi çərçivəsində təşkilinə imkan verəcək. Bununla da
futbolçuların bir məkandan digərinə keçidinə sərf olunan vaxt
azalacaq.




Əsas tikinti işləri, demək olar, başa çatıb. İndi klub lazımi
avadanlıqları quraşdırmalı və zalı istifadəyə hazırlamalıdır.

“Barselona” futbolçularının millilərin oyunları ilə əlaqədar
fasilə başa çatdıqdan dərhal sonra yeni zalda məşqlərə başlayacağı
gözlənilir.