FHN dumanlı hava ilə bağlı kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib

Baş səhifə

Bakı.Trend:

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam
edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu
istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-200 metr təşkil
edəcəyi proqnozlaşdırılır.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar
Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək
təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində
kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır:




“Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”