
Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında XXVII tura start verilib.
Trend-in
məlumatına görə, açılış oyununda “Fənərbağça” evdə “Qaziantepspor”la qarşılaşıb. İstanbul təmsilçisi böyükhesablı
qələbə qazanıb – 4:1.
Ev sahibi komandanın heyətində Dorjeles Nene het-trik edib,
digər qolun müəllifi Nqolo Kante olub. Qonaqlardan isə Aleksandru
Maksim fərqlənib.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 60-a çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb.

