Əraqçi dörd ölkənin xarici işlər nazirləri ilə telefon danışığı aparıb

Baş səhifə

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniya, Qətər,
Türkiyə və Fransanın xarici işlər nazirləri, eləcə də Pakistanın
ordu rəisi ilə telefon danışığı zamanı regiondakı vəziyyəti və
İranın İsrailin Livanda atəşkəsi pozmasına reaksiyasını müzakirə
edib.

Trend-in məlumatına görə, bu barədə İran xarici işlər nazirinin “Telegram” səhifəsində bildirilib.




Bildirilib ki, Abbas Araqçi İranın Livanda atəşkəsin təkrar
pozulmasına verdiyi reaksiyadan sonra Britaniya və Türkiyə xarici
işlər nazirləri İvet Kuper və Hakan Fidan, eləcə də Pakistan
ordusunun baş feldmarşalı Asim Munirlə ayrı-ayrı telefon
danışıqlarında son regional gedişatları müzakirə edib.

Bundan əlavə, Əraqçi telefon danışıqları zamanı Fransa xarici
işlər naziri Jan-Noel Barrot və Qətər xarici işlər naziri Şeyx
Məhəmməd bin Əbdülrəhman Əl-Sani ilə İranın Livan cəbhəsində İsrail
tərəfindən dəfələrlə atəşkəsin pozulmasına verdiyi cavab və son
regional hadisələrlə bağlı məsləhətləşmələr aparıb.