Emin Əmrullayev: “Əsas məqsəd Azərbaycan millilərinin A divizionununda oynamalarıdır”

Baş səhifə
Emin Əmrullayev: Əsas məqsəd Azərbaycan millilərinin A divizionununda oynamalarıdır

Əsas məqsəd Azərbaycanın U-16 və U-18 millilərinin Avropa çempionatının A divizionununda oynamalarıdır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının prezidenti Emin Əmrullayev deyib.

O, ABF-nin yeni mövsümünün açılışına həsr edilmiş tədbirdən sonra jurnalistlərə açıqlama verib:

“Bizim ümumi strategiyamız var. Buna doğru addım-addım irəliləmək istəyirik. Əsas məsələ 2030-cu illə bağlıdır. Plan ondan ibarətdir ki, U-16 və U-18 millilərinin A divizionununda oynamasını istəyirik. Heç olmasa B divizionunda uğurlu nəticələr qazansınlar. Növbəti mərhələlərdə Azərbaycan basketbolçularının güclü çempionatlarda oynamasına və Azərbaycan Basketbol Liqasında daha keyfiyyətli yarışın təşkilinə diqqət yetirəcəyik”.

[16:30, 25.09.2025] Hidayett: Əvvəl də bunu demişəm. Bu mövsüm yox, növbəti mövsüm Azərbaycan Basketbol Liqasında səkkiz komandalı əsas, altı komandaları I Liqanın təşkili planlaşdırılır. Hər komandanın bir çempionatdan digərinə keçməsi də olacaq.

Qadınlardan ibarət çempionatın da formalaşacağına ümid edirik.