
Bakı. Trend:
ƏlətAzad İqtisadi Zonasında yük hava limanı yüksək texnologiyalı
şirkətlərin cəlb edilməsinə imkan verəcək
Trend-in
tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Ələt Azad
İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda
Azərbaycan-Amerika Ticarət Palatası (AmCham Azerbaijan) tərəfindən
təşkil olunmuş “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün
Elm və İnnovasiya” konfransında bildirib,
“Ələt Azad İqtisadi Zonası Şərq-Qərb və Şimal-Cənub beynəlxalq
nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının yaxınlığında yerləşir. Bu isə rezident şirkətlərə
avtomobil, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə geniş
bazarlara çıxış imkanı yaradır.
Yüksək texnologiyalı sahələr üçün yük hava limanının
əhəmiyyətini nəzərə alaraq, yerli hava daşıyıcısı “Silk Way
Airlines” ilə Ələt Azad İqtisadi Zonasında yük hava limanının
yaradılması barədə razılıq əldə olunub. Bu, azad iqtisadi zona
ərazisində yaradılacaq ilk hava limanı olacaq”, – deyə o
bildirib.
V. Ələsgərovun sözlərinə görə, tikinti 2024-cü ilin martında
başlayıb və istifadəyə verilməsi növbəti ilə planlaşdırılır.
O qeyd edib ki, bu layihə Ələt Azad İqtisadi Zonasına yüksək
texnologiyalı şirkətləri cəlb etməyə imkan verəcək.
İdarə Heyətinin sədri vurğulayıb ki, investorlar əvvəldən
hazırlanmış infrastruktura və kommunikasiya xətlərinə malik sənaye
torpaq sahələri ilə təmin olunurlar.

