Cenevrədə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların növbəti raundu başlayır

Baş səhifə

Bakı. Trend:

Bu gün Cenevrədə Ukrayna böhranının nizamlanması üzrə üçtərəfli
danışıqların (ABŞ, Rusiya və Ukrayna arasında) yeni raundu
başlayır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Müzakirələr tərəflərin Əbu-Dabidə keçirdiyi təmaslarla
müqayisədə daha geniş məsələlər dairəsini əhatə edəcəyi
gözlənilir.




İsveçrənin Xarici İşlər Nazirliyi daha əvvəllər bildirmişdi ki,
danışıqlar qapalı rejimdə keçiriləcək və KİV nümayəndələri
buraxılmayacaq.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə üçtərəfli
məsləhətləşmələrin birinci raundu 23–24 yanvar tarixlərində
Əbu-Dabidə keçirilib. 4–5 fevral tarixlərində Əbu-Dabidə
danışıqların ikinci raundu baş tutub. Müzakirələrin əsas
nəticələrindən biri Rusiya və Ukrayna arasında kütləvi əsir
mübadiləsinin baş tutması olub.