Bu ilin dörd ayı ərzində nə qədər əmlak dövlət qeydiyyatına alınıb?

Baş səhifə

Bakı.Trend:

Bu ilin yanvar-aprel ayları ərzində 115.613 mülkiyyət hüququnun
dövlət qeydiyyatı aparılıb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki Qeydiyyata alınan mülkiyyət hüququnun 21.584-ü
(18,7 %) ilkin, 94.029-u (81,3 %) isə təkrar qeydiyyatın payına
düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə
statistikası




2026-cı ilin yanvar-aprel ayları ərzində fərdi yaşayış və bağ
evi üzərində – 24.821, mənzil – 28.300, torpaq sahəsi – 58.093,
qeyri-yaşayış binası – 1.072, qeyri-yaşayış sahəsi – 3.096, əmlak
kompleksi – 196 və çoxmərtəbəli yaşayış binaları üzərində – 35
mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə
qeydiyyata alınan mülkiyyət hüquqlarının 31.544-ü Bakı şəhərinin,
qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin
sayı

Bu ilin yanvar-aprel ayları ərzində 80.383 texniki pasport
tərtib edilib, 19.566 ipoteka müqaviləsi qeydiyyata alınıb.