Britaniya NATO ölkələrinin hava məkanını mühafizə etməyə hazırdır

Baş səhifə

Bakı. Trend:

Britaniya NATO ölkələrinin hava məkanını mühafizə etməyə
hazırdır.

Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici
işlər naziri İvet Kuper BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə
bağlı iclasında çıxışı zamanı bildirib.




“Son həftələr biz Estoniya, Polşa və Rumıniyada təxribatcıl və
ağılsız şəkildə NATO hava məkanının pozulmağı hallarının şahidi
olduq. NATO qəti şəkildə buna qarşı çıxır. Biz tədbirlər görməyə
hazır olacağıq”, -Kuper vurğulayıb.

Bundan əvvəl Britaniya KİV-də Estoniyanın öz ərazisində nüvə
silahı daşıya bilən bombardmançı təyyarələri qəbul etməyə hazır
olduğu barədə məlumatlar yayılmışdı.