
Bakı. Trend:
Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində
əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri
Təşkilatının Media Forumu keçirilir.
Trend xəbər
verir ki, Forum çərçivəsində iki panel sessiyanın keçirilməsi
nəzərdə tutulur.
Panel sessiyaları “Müasir dövrdə artan qlobal informasiya
təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk
dövlətlərinin media ekosistemi nümunəsində” və “Rəqəmsal media
mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları”
mövzularına həsr olunacaq.

