Azərbaycanla Ermənistan arasında davamlı sülhə gedən addımların atılmasından məmnunluq duyuram – Ərdoğan

Baş səhifə

Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması üçün
tərəfləri ilk gündən dəstəklədik.

Trend xəbər
verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində
yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

O bildirib ki, avqustun 8-də iki ölkə (Azərbaycan və Ermənistan)
arasında davamlı sülhə gedən addımların atılmasından məmnunluq
duyur.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri
Nikol Paşinyan başda olmaqla, prosesə dəstək verən ABŞ Prezidenti
Donald Trampa bir daha təşəkkür edirəm. Bu mənada ölkəmizlə
Ermənistan arasında normallaşma prosesinin öz axarı ilə davam
etdiyini bildirmək istəyirəm”, – deyə Ərdoğan əlavə edib.