
Bakı.Trend:
Azərbaycanla daimi sülh üçün çox real şansımız var.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Dublində Avropa
Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevlə keçirdiyi görüşün yekunlarına dair
çıxışında bildirib.
“Azərbaycan Prezidenti ilə görüşüm oldu və bilirsiniz, bu
görüşdən gəldiyim qənaət belədir: hazırda bizim möhkəm, yekun,
daimi və etibarlı sülhü bərqərar etmək üçün çox real və tarixi
şansımız var. Bu fürsətdən istifadə etməmək isə bağışlanmaz
olardı”,- deyə Paşinyan bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də
Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı
çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

