Emreli “Rakuv”da növbəti qolunu vurub

Baş səhifə

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa çempionatının XVI turunda növbəti oyununu keçirib.

Modern.az xəbər verir ki, komanda doğma meydanda “Pias”la üz-üzə gəlib. Start heyətində yer alan Mahir Emreli qarşılaşmanın 59-cu dəqiqəsində rəqib qapısına yol tapıb.

Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.