Azərbaycanın zədələnən FIFA referisi Elçin Məsiyevin durumu müəyyənləşib.
“Report”un əldə etdiyi məlumata görə, 34 yaşlı ədalət təmsilçisinin zədəsi ciddi deyil.
Onun növbəti turlarda təyinat alacağı gözlənilir.
Qeyd edək ki, Elçin Məsiyev Misli Premyer Liqasının XII turunun “Karvan-Yevlax” oyununu idarə etməli idi. Lakin qarşılaşma sonradan Rauf Cabarova tapşırılıb. E.Məsiyev sözügedən görüşdə VAR hakimi olacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

