Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Perudakı turnirdə iştirak edəcək

Baş səhifə
Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Perudakı turnirdə iştirak edəcək

Hidayət Heydərov

Azərbaycanın olimpiya çempionu olan cüdoçuları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Perunun paytaxtı Limada keçiriləcək Qran-pri turnirinə qatılacaqlar.

Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarış 11-13 oktyabr aralığında təşkil olunacaq.