Azərbaycanın futbol hakimlərinin qış təlim-məşq toplanışı ölkə xaricində olacaq

Baş səhifə
Azərbaycanın futbol hakimlərinin qış təlim-məşq toplanışı ölkə xaricində olacaq

Azərbaycanın futbol hakimlərinin qış təlim-məşq toplanışı ölkə xaricində təşkil olunacaq.

Bu barədə “Report”a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib.

O bildirib ki, ədalət təmsilçilərinin hazırlıq prosesi yanvarın 12-18-i aralığında Türkiyənin Antalya şəhərində baş tutacaq.

Qeyd edək ki, futbol hakimlərinin ötən mövsümdə də qış toplanışı Antalyada tə.kil olunmuşdu.