
Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyi ölkədə BOT (qurulma, əməliyyat,
ötürülmə) modelinin tətbiqi ilə bağlı işlərə başlayır.
Trend-in
məlumatına görə, Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişaf
etdirilməsi üçün BOT (qurulma, əməliyyat, ötürülmə) modeli
vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsal və analitik
vizyonunun çatdırılmasında PMO (layihə idarəetmə ofisi) dəstəyi
xidmətləri göstəriləcək.
Belə ki, nazirlik artıq bununla bağlı müvafiq işləri
yekunlaşdırıb
Nazirlik sözügedən işlərin icrasını “McKinsey and Company
(Azerbaijan), INC” Şirkətinin Azərbaycan Respublikasındakı
filialına həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 8 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu şirkət 2015-ci ildə dövlət
qeydiyyatına alınıb. Şirkət filialının qanuni təmsilçisi Gursoy
Mehmet Murat Kutalmış adlı şəxsdir.

