
Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 25,9
milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 56
min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 13,9 milyon ABŞ dolları və ya 2,2 dəfə,
həcm baxımından isə 32 min ton və ya 2,3 dəfə artıb.
Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 12
milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 24
min ton xam neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər
ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan
əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac
edilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% ,
fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

