Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmalar 12%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi
sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi
dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5,234 milyard manat
təşkil edib.

Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% və
ya 563 milyon manat çoxdur.




Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü
ilə müqayisədə 12,7 faiz artaraq 3,503 milyard manat olub.

Dövr ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar
2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artıb və 185,5
milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə
daxilolmalar 12,1 faiz artaraq 141,8 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni
dövrünə nisbətən 10,5 faiz artıb və 916,2 milyon manatdan çox
təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faiz
artaraq 650 milyon manat olub.