Azərbaycanda mədəniyyət layihələrinin qrant maliyyələşdirilməsi qaydaları dəyişir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda mədəniyyət sahəsində layihələrin qrant
maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının
layihəsi hazırlanacaq.

Trend-in əldə
etdiyi məlumata görə, artıq bununla bağlı aidiyyəti dövlət
orqanlarına müvafiq tapşırıqlar verilib.




Belə ki, Mədəniyyət Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyiqyə
Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək
digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla mədəniyyət
sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin
keçirilməsi qaydasının layihəsini 2 ay müddətində Nazirlər
Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, “Mədəniyyət haqqında” Qanuna əsasən, mədəniyyət
sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət
xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin
inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ
fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət
müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də
mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında”
Qanuna uyğun olaraq həyata keçirilir.